İsveçrə parlamenti ölkədə istehsal olunan silahların Ukraynaya ixracı təklifini rədd edibbackend

İsveçrə parlamenti ölkədə istehsal olunan silahların Ukraynaya ixracı təklifini rədd edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsveçrə parlamenti ölkədə istehsal olunan silahların Ukraynaya təkrar ixracına icazə verilməsi təklifini rədd edib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Nümayəndələr Palatasında Ukraynaya silah ixracını təsdiq edən komitənin təklifi 75 əleyhinə 98 səslə rədd edilib.

Nümayəndələr Palatasında ən çox yerə sahib olan İsveçrə Xalq Partiyası bu təklifin əsas əleyhdarlarından biri, İsveçrə Yaşıllar Partiyası isə buna qarşı çıxıb.

“Bu təşəbbüsü qəbul etmək neytrallığı pozmuş olar”, – İsveçrə Xalq Partiyasından deputat Jan-Lük Addor deyib.

İsveçrə Konfederasiyasının prezidenti Alain Berset Avropa Siyasi Birliyinin (AST) Sammitində iştirak etmək üçün Moldovada Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşüb.

Ötən ay Nümayəndələr Palatası İsveçrənin Ukraynaya silah ixracı qaydalarını yumşaltmayacağına qərar verib.

2022-ci ilin fevralında Rusiya-Ukrayna müharibəsi başlayandan bəri Bern hökuməti Almaniya, İspaniya və Danimarkanın İsveçrədən alınmış hərbi texnikanın Kiyevə təkrar ixracı ilə bağlı bir neçə müraciətini rədd edib.

Bu məsələ ölkədə neytrallıq və silah ixracı qaydalarının yumşaldılmasının zəruriliyi ilə bağlı müzakirələrə səbəb olub.

Yanvar ayında İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda və digər beynəlxalq təşkilatlarda Bern administrasiyasına “siyasətlərinə yenidən baxması” üçün təzyiqlərin artdığı müşahidə edilir.

İsveçrə onun silahlarını alan ölkələrdən onları yenidən ixrac etmək üçün icazə istəmələrini tələb edir.

İsveçrə Konfederasiyasının prezidenti Berset, neytrallıq qanununun İsveçrə silahlarının təkrar ixracı ilə yanaşı ixracını da qadağan etdiyinə diqqət çəkib.

Berset bildirib ki, bu bənd tərəfdaş ölkələrlə imzalanmış müqavilələrin bir hissəsidir.