İT mütəxəssisi işdən yaranan stresslə mübarizə üsulunu açıqlayıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
İT mütəxəssisi stresslə mübarizə aparmaq üçün hər gün səhər saatlarında buz hovuzuna girməyindən danışıb.
Amerikalı İT mütəxəssisi, eVolve Computing İT şirkətinin 31 yaşlı texniki direktoru Bred Margist işdən yaranan stresslə mübarizə aparmaq və bütün gün şən olmaq üçün hər gün səhər tezdən buz hovuzuna girir.
O, bu vərdişindən Business Insider-ə müsahibəsində danışıb.
“Mən məhsuldarlığı artırmaq və stress səviyyələrini azaltmaq üçün hər gün soyuq və buz kimi suya girməklə yaşayıram”- o bildirib.