İtaliya prezidenti İlham Əliyevə məktub göndərdibackend

İtaliya prezidenti İlham Əliyevə məktub göndərdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

İtaliya Respublikasının Prezidenti Sercio Mattarella Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Hörmətli cənab Prezident.

Doğum gününüz münasibətilə Sizə ən səmimi arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Bu ilin əvvəlində Azərbaycan və İtaliya arasındakı sıx əlaqələri daha da möhkəmləndirən dövlət səfəriniz çərçivəsində keçirdiyimiz görüşü xüsusi məmnunluq hissi ilə xatırlayıram.

İnanıram ki, Cənub Qaz Dəhlizinin yaxın zamanlarda tamamlanması ilə bir daha öz təsdiqini tapan ölkələrarası əlaqələrimiz geniş və səmərəli əməkdaşlığımızın mövcud olduğu bütün sahələrdə yeni bir impuls qazanacaq.

Sizə dostcasına ən səmimi təbriklərimi çatdırır, özünüzə və ailənizə rifah arzu edirəm”.

 

İnterpress.az