İtaliya Sudandan vətəndaşlarını təxliyə edibbackend

İtaliya Sudandan vətəndaşlarını təxliyə edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İtaliyanın baş naziri Giorgia Meloni Sudanı tərk etməyi tələb edən həmvətənlərinin təxliyə edildiyini açıqlayıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Baş nazir Meloni bildirib: “Bir günlük həyəcanlı gözləmədən sonra Sudanı tərk etmək istəyən bütün vətəndaşlarımız təxliyə edildi. Aralarında əcnəbilər də var. İtaliya heç kimi geridə qoymur”.

Bu təxliyyənin həyata keçirilməsində çalışan əlaqədar nazirlərə və dövlət qurumlarına təşəkkür edən Meloni deyib: “Bundan başqa, bu münasibətlə, mülki hökumət üçün danışıqlara başlaya bilməsi üçün müharibənin dayandırılması çağırışımı bir daha təkrar etmək istərdim. Sudana sülh lazımdır”.

İtaliya mətbuatında yer alan xəbərdə xaotik Sudanın paytaxtı Xartumdan Cibutiyə 107-si italyan olmaqla cəmi 150 nəfərin təxliyyə edildiyi və onların İtaliyaya aid təyyarələrlə gətiriləcəyi bildirilib.