Mayın 28-i axşam saatlarında İtaliyanın şimalındakı Maggiore gölündə qayıq qəzasında həlak olan 4 nəfərdən 2-nin İtaliya kəşfiyyatçısı, birinin isə İsrail təhlükəsizlik qüvvələrinin təqaüdçüsü olduğu bildirilib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Bazar günü axşam Maggiore gölündə qayığın batdığı qəza ilə bağlı ilk xəbər mərhumun doğum gününü qeyd etmək üçün bir araya gələn turistlərin olduğu bildirilsə də, İtaliya mətbuatında “qayıq qəzası” başlıqlı xəbərlər 007-lərin” gəmidə italyan və İsrail kəşfiyyatçılarının olduğunu üzə çıxarıb.
Bildirilib ki, 62 yaşlı Klaudio Alonzi və 53 yaşlı Tiziana Barnobi İtaliya İnformasiya və Xarici Təhlükəsizlik Agentliyinin (AISE) üzvü, ölən israilli isə 53 yaşlı təqaüdçü mühafizəçi Şimoni Erezdir.
Qayıq qəzasında ölən digər şəxsin isə kruiz gəmisinin kapitanının həyat yoldaşı, İtaliyada yaşamaq icazəsi olan 50 yaşlı Rusiya vətəndaşı Anna Bojkova olduğu bildirilib.
Məlumatda 16 metr uzunluğundakı qayığın 15 nəfər tutumunun olduğu, ancaq hadisə zamanı qayıqda 20-dən çox adamın olduğu qeyd edilib.
Sözügedən 4 nəfərin batan qayıqda sıxışıb çıxa bilmədikləri üçün həyatını itirmiş ola biləcəyi vurğulanıb.
Fəlakətdən sağ çıxan digər israillilərin hərbi təyyarə ilə Təl-Əvivə qayıtdığı bildirilib.
İsrail kəşfiyyatçılarının sənəd mübadiləsi üçün İtaliyaya gəlmiş ola biləcəyi, ancaq dönüş təyyarəsini əskik etdiyi üçün səfərlərini 2 gün daha uzatmağa qərar vermiş ola biləcəyi bildirilib.
Xəbərdə gəmi səfərinin sonradan planlaşdırıldığı iddia edilib.