İtaliyanın Neapol körfəzindəki İskiya adasında baş verən torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb.
Bu barədə İtaliyanın ANSA xəbər agentliyinə istinadla xəbər verilir
Ölənlər arasında üç həftəlik uşaq da var. İtkin düşən və hazırda axtarışları davam edən 5 nəfərdən üçü bir ailənin üzvüdür. Hava şəraiti axtarış-xilasetmə işlərini çətinləşdirir.
Qeyd edək ki, adaya yağan güclü yağış sel və torpaq sürüşməsinə səbəb olub. Ən azı 10 bina dağılıb, 200-ə yaxın insanın təxliyə edilib.
Hökumət fövqəladə vəziyyət elan edib və tüğyan edən fəlakətin nəticələrini aradan qaldırmaq üçün iki milyon avro ayırıb.