İtaliyada yük qatarı relsdən çıxıb, ölkə daxilində xidmətlər dayandırılıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
İtaliyanın Florensiya şəhəri yaxınlığında gecə saatlarında yük qatarının relsdən çıxması ölkə daxilində dəmir yolu nəqliyyatında böyük aksamalara səbəb olub.
İtaliya Dövlət Dəmir Yolu (RFI) tərəfindən verilən açıqlamaya görə, yerli vaxtla səhər saat 03:15 radələrində yük qatarının son vaqonu Castello stansiyasında relsdən çıxıb.
Hadisə yerində aparılan araşdırmadan sonra İtaliya yanğınsöndürmə briqadası qəzada ölən və ya yaralanan olmadığı barədə məlumat paylaşıb.
İtaliya mətbuatı qəza nəticəsində dəmir yolu infrastrukturuna ciddi ziyan dəydiyini yazarkən, relsdən çıxan vaqonun iri kranlarla çıxarılması işlərinin davam etdiyi bildirilib.
Qəzaya görə ölkənin şimaldan cənuba əsas arteriyası olan Florensiya ilə Boloniya arasında qatar səfərləri də bağlanıb.