Kadırov və ailə üzvləri Ukraynada müharibə başlayandan 150-yə yaxın mükafat alıb – “Verstka”backend

Kadırov və ailə üzvləri Ukraynada müharibə başlayandan 150-yə yaxın mükafat alıb – “Verstka”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kadırov və ailə üzvləri Ukrayna müharibəsindən sonra 150-yə yaxın mükafat alıblar.

Interpress.az xəbər verir ki, bu barədə Verstka” araşdırma materialına istinadən məlumat yayıb.

Çeçenistan rəhbəri Ramzan Kadırov və onun ailə üzvləri Rusiya-Ukrayna müharibəsinin başlamasından sonra 146 müxtəlif orden və medalla təltif olunublar.

2022-ci ildən bu günədək ümumilikdə 29 ailə üzvü dövlət və hərbi mükafatlara layiq görülüb.

Siyahıda ən çox təltif olunan şəxs Çeçenistan rəhbəri Ramzan Kadırovun özü olub — o, son iki il ərzində 31 mükafat alıb. Bu, təxminən hər 40 gündə bir medal deməkdir.

İkinci yerdə isə onun oğlu Adam Kadırov qərarlaşıb — o, bu müddətdə 16 medal və fərqlənmə nişanı ilə təltif olunub.

Məlumatda qeyd olunur ki, bu cür mükafatların tez-tez və geniş miqyasda verilməsi ictimaiyyət və ekspertlər arasında suallar doğurur.

Xuraman Etibarlı

Interpress.az