Türkiyədə güclü zəlzələrdən sonra təxminən iki aya yaxın müddətdən sonra Kahramanmaraş vilayətinin iki rayonunda məktəblər açılıb.
Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.
Belə ki, zəlzələdən ən az zərər çəkən rayonlar olan Ekinözü və Andırında dərslər martın 27-dən etibarən mərhələli şəkildə başlayıb.
Qeyd edək ki, fevralın 6-da episentri Kahramanmaraşda olan güclü zəlzələ baş berib.
“əsrin fəlakəti” adlandırılan zəlzələdən sonra 1127 məktəbin və 327 min şagirdin təhsil aldığı Kahramanmaraşda dərslər dayandırılıb.
Zəlzələ nəticəsində 12 məktəb dağılıb, qalan məktəblərin yüzdə 12-si isə zərər görüb.