Kamçatkada EKSTREMAL VƏZİYYƏT: Turistlər vulkanlar arasında İLİŞİB QALDIbackend

Kamçatkada EKSTREMAL VƏZİYYƏT: Turistlər vulkanlar arasında İLİŞİB QALDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kamçatkada dörd nəfər vulkanlar arasında ilişib qalıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Kamçatkada dörd nəfər turist təxminən 1200 metr hündürlükdə, iki vulkan arasında avtomobildə ilişib qalıb.

Hava sürətlə pisləşir, güclü qar fırtınası və −16 dərəcə şaxta müşahidə olunur.

Yanacaq tükənmək üzrədir, insanlar donma təhlükəsi ilə üz-üzədir.

Hazırda “Kreçet” tipli qarlı-xilasetmə texnikası hadisə yerinə çatmağa çalışır.

Xuraman Etibarlı

İnterpress.az