Kanada İordan çayının qərb sahilindəki israilli köçkünlərə qarşı yeni sanksiyalar tətbiq edir.
İnterpress.az xəbər verir ki, bu barədə Kanada hökumətinin saytı məlumat yayıb.
Sanksiya siyahısına Kanada rəsmilərinin məlumatına görə, “fələstinli mülki şəxslərə və onların əmlakına qarşı ekstremist köçkünlər tərəfindən törədilən zorakılığa birbaşa və ya dolayısı ilə kömək edən, dəstəkləyən və ya maliyyələşdirən” iki fiziki şəxs və beş təşkilat daxil edilib.
Əlavə olaraq bildirək ki, Kanada 2024-cü il mayın 16-da “Xüsusi iqtisadi tədbirlər haqqında (Ekstremist köçkünlərin zorakılığı) Əsasnamə”ni qüvvəyə mindirib.
Bu gün elan edilən məhdudiyyətlər də nəzərə alınmaqla, ölkə beş sanksiya raundu çərçivəsində ümumilikdə 19 fiziki şəxsi və 12 təşkilatı sanksiya siyahılarına daxil edib.
Xuraman Etibarlı
İnterpress.az






