Kanadalı basketbolçu çılpaq gəzdiyi üçün komandadan qovulubbackend

Kanadalı basketbolçu çılpaq gəzdiyi üçün komandadan qovulub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“San Antonia Spurs” komandasının kanadalı basketbolçusu Coşua Primo klubun xanım əməkdaşının qarşısında çılpaq gəzdiyi üçün komandadan qovulub.

Məlumata görə, 19 yaşlı NBA oyunçusu dəfələrlə tanımadığı qadınların qarşısında çılpaq vəziyyətdə olub.

Sonuncu dəfə onu bu vəziyyətdə görən qadın isə məhkəməyə müraciət edib.

Qeyd edək ki, NBA basketbolçuları dəfələrlə oxşar qalmaqallara düşüblər. Yayda “Şarlotta Hornets” klubunun ulduzu Mayls Briks sevgilisini uşaqların gözü qarşısında döyməkdə ittiham olunub.

Ötən qışda isə “Nyu-York Niks”in üzvü Julius Rendl efirdə söyüş söydüyünə və azarkeşlərə qarşı nalayiq jestlərə görə cərimələnib.

Mənbə: RenTV