“Kasımpaşa”nın futbolçusu Tovuza çağırıldıbackend

“Kasımpaşa”nın futbolçusu Tovuza çağırıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

19 yaşadək futbolçulardan ibarət millimizə (U-19) Türkiyənin “Kasımpaşa” klubundan futbolçu çağırılıb.

İnterpress.az xəbər verir ki, Samir Əliyevin yetirmələri Tovuzda bugündən etibarən təlim-məşq toplanışına başlayacaq.

Yeni inşa olunmuş “Turan Tovuz” Futbol Akademiyasında baş tutacaq toplanış 19 martadək davam edəcək.

U-19 millimiz toplanış ərzində I divizion komandaları ilə gücünü sınayacaq. Belə ki, martın 13-də “Turan Tovuz”la, bir gün sonra isə “Kəpəz”lə yoxlama oyunu keçiriləcək.

Hazırlıq prosesinə 27 futbolçu dəvət olunub. Bunların arasında “Kasımpaşa”nın futbolçusu Kamal Kazımov da var.

Qeyd edək ki, bu futbolçu ötən ay U-18 millimizlə də Tovuzdakı təlim-məşq toplanışında iştirak edib. O əvvəllər U-17 millimizdə və “Keşlə”də oynayıb.

 

 

İnterpress.az