Kəbədə izdiham yaşanıb – 9 milyon insan ibadət edibbackend

Kəbədə izdiham yaşanıb – 9 milyon insan ibadət edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səudiyyə Ərəbistanı Ramazan ayının ilk 10 günündə 9 milyondan çox müsəlmanın Kəbədə namaz qıldığını açıqlayıb.

Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.

Məlumata görə, 9 milyon 357 min 853 müsəlman Ramazan ayının ilk 10 günündə Məscidül-Həramda ümrə ziyarətini icra edib, namaz qılıb.

Məscid-i Nəbəvi Rəyasət Heyətindən verilən açıqlamada Ramazan ayının ilk on günündə 10,3 milyon müsəlmanın Məscid-i Nəbəvini ziyarət etdiyi və namaz qıldığı bildirilib.

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi martın 26-da verdiyi açıqlamada, “daha çox insanın ibadət etməsinə imkan yaratmaq üçün” hər kəsin Ramazan ayında yalnız bir dəfə ümrə edə biləcəyini açıqlayıb.