Keçən il Somalidə partlayıcılar 1200 nəfərin yaralanmasına və ya ölümünə səbəb olubbackend

Keçən il Somalidə partlayıcılar 1200 nəfərin yaralanmasına və ya ölümünə səbəb olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birləşmiş Millətlər Təşkilatı (BMT) ötən il Somalidə partlayıcı maddələr səbəbindən 1200 nəfərin öldüyünü və ya yaralandığını açıqlayıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Ümumdünya Mina Maarifləndirilməsi və Minalarla Mübarizə Dəstəyi Günü münasibətilə açıqlama verən BMT-nin Somaliyə Dəstək Missiyası Somalidəki partlayıcı təhlükəni aradan qaldırmaqda qərarlı olduqlarını vurğulayıb.

“2022-ci ildə ən azı 1200 Somalili əldəqayırma partlayıcı qurğular, müharibə qalıqları və minalardan həlak olub və ya yaralanıb”, – bəyanatda deyilir.

BMT Baş katibinin Somali üzrə nümayəndəsinin müavini Anita Kiki Qbeho Somalililərin partlayıcı maddələrə görə ödədiyi qiymətin çox yüksək olduğunu bildirərək, partlayıcı maddələrin çirklənməsinin iqtisadi inkişafla yanaşı humanitar yardımların çatdırılmasına mane olduğunu vurğulayıb.

1990-cı illərin əvvəllərində ölkədə başlayan vətəndaş müharibəsi və Əl-Şəbab terror təşkilatının hücumları səbəbindən bir çox bölgədə mina və partlayıcı qalıqlar var.