Keçmiş Britaniya koloniyaları Kral Çarlzdan üzr istəməsini tələb edirbackend

Keçmiş Britaniya koloniyaları Kral Çarlzdan üzr istəməsini tələb edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Keçmiş Britaniya koloniyalarından olan yerli liderlər Kral Çarlzı tacın vurduğu “əsrlər boyu davam edən irqçilik” və “soyqırım mirası” üçün dərhal üzr istəməyə çağırıblar.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Mayın 6-da İngiltərədə Kral Çarlzın tacqoyma mərasimindən əvvəl 12 Birlik ölkəsinin yerli nümayəndələri Çarlza müstəmləkə dövrü haqqında məktub göndəriblər.

Avstraliya, Karib hövzəsi, Kanada, Yeni Zelandiya və Papua Yeni Qvineyanın yerli liderləri tərəfindən imzalanan məktubda maddi təzminat və oğurlanmış mədəni sərvətlərin geri qaytarılması tələb olunub.

Qrup, xalqlarına “əsrlər boyu irqçilik, zülm, müstəmləkəçilik və köləliyin kökünü kəsmək” üçün bir araya gəldiklərini bildirib.

Məktubda Tacdan rəsmi üzr istəməsi tələb olunub.

Kral Çarlz son illərdə yerli liderlərlə əlaqələr qurmaq üçün səylərini artırdığı bilinir.