Türrkiənin Əskişəhər şəhərində qadın keçmiş ərinin maşınına dəfələrlə dəyənəklə vuraraq zədələyib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Şüşəsi, güzgüsü, siləcəkləri və salonun hissələri sınmış nəqliyyat vasitəsi yararsız hala düşüb. Həmin anlar mobil telefon kamerası ilə lentə alınıb.
Hadisə Akarbaşı məhəlləsi Yaylalı küçəsində baş verib. İddiaya görə, bir qadın əsəbiləşdiyi zaman çubuq götürərək keçmiş ərinin avtomobilini zədələyib.
Əlindəki çubuqla nəqliyyat vasitəsinin qabağına dəfələrlə zərbə endirən qadın ərazidəki vətəndaş tərəfindən mobil telefon kamerası ilə lentə alınıb.
Şüşəsi, güzgüsü, siləcəkləri və salonun hissələri sınmış nəqliyyat vasitəsi yararsız hala düşüb.