Kəlbəcərin ən ucqar ərazilərinə elektrik enerjisi verilir – VİDEObackend

Kəlbəcərin ən ucqar ərazilərinə elektrik enerjisi verilir – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu gün Kəlbəcər rayonunun ən ucqar və hündür ərazilərindən biri olan Alagöllər adlanan ərazidəyik. Sovet dövründə belə elektrik enerjisi ilə təmin olunmayan bu ərazidə hazırda “Azərişıq” ASC-nin əməkdaşları çalışırlar”.

İnterpress.az xəbər verir ki, bunu “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Vaqif Mustafayev deyib.

O qeyd edib ki, bu rayonun yüksəklik ərazilərində kəskin hava şəraitinin davam etməsi “Azərişıq” əməkdaşlarına ciddi çətinlik yaratsa da, fasiləsiz, dayanıqlı və keyfiyyətli elektrik enerji ilə təchizatı üçün bütün tapşırıqlar uğurla icra olunur.

V.Mustafayev hazırda aparılan işlər barədə görüntüləri saytımıza göndərib.

Bakıvaxtı.az həmin görüntüləri təqdim edir: