Keniya sülhməramlılarını Somalidən çıxarırbackend

Keniya sülhməramlılarını Somalidən çıxarır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Keniya hökuməti gələn ildən etibarən sülhməramlılarını Somalidən çıxarmaq qərarına gəldiyini açıqlayıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Məlumata görə, Keniya Prezidentliyi Somalidəki Keniya əsgərləri ilə bağlı qərarı açıqlayıb.

Qeyd edək ki, 2012-ci ildən bəri 3500-ə yaxın Keniya əsgəri terror təşkilatı Əl-Şəbabla mübarizəyə dəstək vermək üçün Somalidə xidmət edir.

Uqanda aprelin 28-də qoşunlarını gələn il Somalidən çıxaracağını elan edib.