Keniyada müxalifət koalisiyası yaşayış xərcləri və hökumətlə seçki mübahisəsinə görə həftələr sonra nümayişlərini bərpa edib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Paytaxt Nayrobi küçələrini dolduran müxtəlif qruplar polisin gözyaşardıcı qazla müdaxiləsinə daşla cavab verib.
Nümayişlər zamanı bəzi avtomobillər yandırılsa da, bəzi yerlərdə qarətlər baş verib.
Küçələri nəqliyyatın hərəkətinə bağlayan nümayişçilər ərzaq, yanacaq və istehlak mallarında bahalaşmanın dayandırılmasını istəyirlər.
Digər tərəfdən, prezidentliyə müraciət etmək üçün gedən bir qrup müxalifət deputatına polis gözyaşardıcı qazla cavab verib.