Keniyada hökumət əleyhinə etirazlarda ölənlərin sayı 3-ə çatıbbackend

Keniyada hökumət əleyhinə etirazlarda ölənlərin sayı 3-ə çatıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Keniyada ötən həftədən bəri hökumət əleyhinə keçirilən nümayişlərdə ölənlərin sayı 3 nəfərə çatıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Paytaxt Nayrobi başda olmaqla müxtəlif şəhərlərdə keçirilən etirazlarda ölənlərin sayı 3 nəfərə çatıb.

Ölkənin aparıcı qəzetlərindən olan Daily Nation “Qara bazar ertəsi: Bu axmaqlığa son verin!” başlığı ilə məqalə dərc edib.

Digər tərəfdən, bəzi etirazçılar müxalifət lideri Raila Odinqanı dəstəkləyən keçmiş prezident Uhuru Kenyattanın fermasına basqın ediblər.

Odinqanın rəhbərlik etdiyi Azimio koalisiyası seçkinin nəticələrinə və yaşayış xərclərinə etirazlarını əsas gətirərək keçən həftə küçələrə çıxıb.

Müxaliflər hər bazar ertəsi və cümə axşamı nümayişləri davam etdirəcəklərini açıqladılar.