Keniyada baş verən yol qəzasında aralarında universitet tələbələrinin də olduğu 14 nəfər ölüb.
Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.
Keniyada Regional Polis rəisi Tom Odera mətbuata bildirib ki, Nakuru-Naivaşa avtomobil yolunda universitet tələbələrini daşıyan avtobus və sərnişin mikroavtobusu toqquşub.
Qəzada 14 nəfər həyatını itirərkən, ölənlər arasında müəllim və tələbələr də var.
Odera qəzanın universitet tələbələri idman yarışına gedərkən baş verdiyini qeyd edib.
Qəzada yaralananlar Naivaşa xəstəxanasına aparılıb.