Yaroslavl boksçusu super-acı çipslərdən sonra reanimasiyaya düşüb.
İnterpress.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Yaroslavldan olan 22 yaşlı boksçu Vladislav super-acı bibərli Grizzon çipslərini yedikdən sonra xəstəxanalıq olub.
Bir gün sonra onun boğazı yanmağa başlayıb, boynu şişib. İki gün keçməmiş vəziyyəti ağırlaşıb — gözləri qaralıb və nəfəs almaqda çətinlik yaranıb.
Təcili yardım məntəqəsində idmançıya güclü kimyəvi yanıq diaqnozu qoyulub.
Yanıq yalnız qırtlağa deyil, həm də mədəyə və qida borusuna qədər yayılıb. Analizlər təhlükəli vəziyyəti — hemolizi göstərib.
Həkimlərin sözlərinə görə, buna çipslərdəki kəskin turşu səbəb olub.
Damcı və iynələrlə müalicədən sonra Vladislavın vəziyyətinin yaxşılaşdığı bildirilib.
Xuraman Etibarlı
İnterpress.az






