Şimali Koreya lideri Kim Çen Inın qızı Çju E vəzifədə atasını əvəz etməyə hazırlaşır.
İnterpress.az xəbər verir ki, bu barədə Cənubi Koreyanın milli kəşfiyyat xidməti məlumat yayıb. Kəşfiyyat məlumatına görə, Şimali Koreya səlahiyyətliləri “Çju Enin atasının ehtimal varisi olacağına işarə edir”.
Səlahiyyətlilər Kim Çen Inın çəkisinin 140 kq olduğunu və kəskin piylənmə olduğunu bildiriblər. Bu səbəbdən ürək-damar xəstəliklərinin inkişaf ehtimalı var və yalnız mövcud dərmanlarla müalicəsi çətin olan vəziyyətlər yarana bilər.
Xuraman Etibarlı
İnterpress.az