Kinder məhsulları yenidən rəflərə qayıdırbackend

Kinder məhsulları yenidən rəflərə qayıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Belçikada Salmonella bakteriyası aşkar edildikdən sonra geri çağırılan Ferrero brendinin “Kinder” məhsulları yenidən piştaxtalara qayıdır.

İnterpress.az “Milliyet”ə istinadən bildirir ki, bakteriyaların aşkarlanmasından sonra geri çağırılan məhsullar yenidən bazarlarda öz yerini tutmağa başlayıb. Nəticədə İngiltərə, Fransa, İrlandiya, Almaniya, İsveç və Hollandiya da daxil olmaqla, 12 ölkədə “Kinder Surprise” yumurtaları yenidən satışa çıxarılacaq.

Kinder Chocolate Salmonella qalmaqalından sonra böyük maliyyə itkisi yaşasa da, imic itkisinə də məruz qalıb. Yenidən istehsala başlayan şirkət həm qablaşdırma dəyişikliyi, həm də sosial media reklamları ilə zədələnən imicini düzəltmək istəyir.