Kirkorovun Estoniyaya girişi qadağan olundubackend

Kirkorovun Estoniyaya girişi qadağan olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Xalq artisti Filipp Kirkorov və müğənni Polina Qaqarinanın Estoniyaya girişi beş il müddətinə qadağan olunub.

İnterpress.az xəbər verir ki, bu barədə Estoniya DİN-in Mətbuat xidməti məlumat yayıb.

Qadağa artistlərin Rusiyanın Ukraynada apardığı müharibəni dəstəkləmələri səbəbindən tətbiq edilib.

Qərar 2027-ci il aprelin 22-dək qüvvədə olacaq.

Qeyd edək ki, F. Kirkorovun mayın 27-də, P. Qaqarinanın isə sentyabrın 23-də Estoniyada konserti baş tutmalı idi.

F. Kirkorovun Litvaya girişi ötən il yanvarın 19-dan, Ukrayna isə ötən ilin yayından qadağan olunub.