Kişi arvadını yuxuda etdiyi xəyanətə görə ÖLDÜRDÜ – VİDEObackend

Kişi arvadını yuxuda etdiyi xəyanətə görə ÖLDÜRDÜ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Özbəkistanda kişi arvadını “yuxuda etdiyi xəyanətə görə” öldürüb.

İnterpress.az xəbər verir ki, bu barədə “Uznews.uz” məlumat yayıb. Məlumata görə, Özbəkistanda kişi arvadını yuxuda gördüyü xəyanət ucbatından öldürüb.

Gecə saatlarında narahatedici yuxudan oyanan Fərqanə sakini əsəbi halda yastığının altından bıçağı götürərək yatmış arvadına 13 bıçaq zərbəsi vurub.

Yalnız baş verənlərdən sonra anlayıb ki, xəyanət sadəcə yuxu, qisas isə reallıqdır.

O, təcili yardım çağırıb, lakin onlar qadını xilas edə bilməyiblər.

Sonradan məlum olub ki, ailədə qısqanclıq zəminində mütəmadi olaraq münaqişələr olub. Ailənin 3 azyaşlı uşağı var.

Kişi 16 il müddətinə azadlıqdan məhrum edilib.

Xuraman Etibarlı

İnterpress.az