KİV: “Pentaqon Ukrayna hərbçiləri üçün təlim proqramını genişləndirmək istəyir”backend

KİV: “Pentaqon Ukrayna hərbçiləri üçün təlim proqramını genişləndirmək istəyir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Pentaqon Ukrayna hərbçiləri üçün təlim proqramını genişləndirməyi düşünür.

Almaniyadakı bazada “mürəkkəb kampaniyalar” keçirməyi öyrədəcək yüzlərlə və minlərlə hərbçidən danışmaq olar.

Məlumata görə, müdafiə naziri Lloyd Ostin və digər yüksəkvəzifəli Pentaqon rəsmiləri Ukrayna hərbi təlimlərini əhəmiyyətli dərəcədə genişləndirmək planını nəzərdən keçirirlər.

Nəşrin adı çəkilməyən Pentaqonun nümayəndələrinə istinadən qeyd etdiyi kimi, plan həftələr ərzində müzakirə olunur, onun həyata keçirilməsi üçün onlar Vaşinqtonun Kiyevə ayırdığı vəsaitdən istifadə etməyi planlaşdırırlar. “Washington Post” yazıb ki, Ukrayna hərbçiləri Rusiya ordusuna qarşı “mürəkkəb kampaniyalar” keçirmək üçün təlim keçəcəklər.

Qeyd olunub ki, söhbət yüzlərlə, hətta minlərlə hərbçinin hazırlanmasından gedir. Qəzet yazıb ki, onlar son illərdə amerikalı mütəxəssislərin ukraynalıları hazırlaşdırdığı Almaniyada onlara təlim keçməyi planlaşdırırlar.