Kiyev bu səhəri partlayış səsləri ilə açıbbackend

Kiyev bu səhəri partlayış səsləri ilə açıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın paytaxtı Kiyev bu səhəri partlayış səsləri ilə açıb.

Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.

Ukraynanın paytaxtı Kiyevin meri Vitali Kliçko şəhərdə partlayışların olduğunu bildirib.

“Paytaxtın Holosiiv rayonunda partlayışlar var. Daha ətraflı məlumat sonra”, – o deyib.

Digər tərəfdən, Xarkov qubernatoru Oleq Sinegubov Rusiya qüvvələrinin Xarkov şəhəri və bölgəsinə hücumlar təşkil etdiyini açıqlayıb:

“Düşmən şəhər və rayona 15-ə yaxın hücum həyata keçirib. Kritik infrastruktur obyektləri hələ də işğalçıların hədəfi altındadır”.

Ukraynanın Odessa vilayətinin qubernatoru Maksim Marçenko bildirib: “Geniş miqyaslı raket hücumu nəticəsində bölgənin enerji infrastrukturu və yaşayış binaları raketlərlə vurulub. Xoşbəxtlikdən itki olmayıb”.

Ukraynanın bir çox bölgəsində hava hücumu xəbərdarlığı saatlarla davam edib.