Koçanova: “Belarus və Azərbaycanın əməkdaşlığı inkişaf etdirmək potensialı böyükdür” – FOTObackend

Koçanova: “Belarus və Azərbaycanın əməkdaşlığı inkişaf etdirmək potensialı böyükdür” – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

Azərbaycanın Belarusdakı səfiri Lətif Qəndilov Minskdə Belarus Respublika Şurasının sədri Natalya Koçanova ilə görüşüb.

Bu barədə “BelTA” agentliyi məlumat yayıb.

“Ölkələrimiz arasında yüksək səviyyəli siyasi dialoq və əməkdaşlıq dinamikasını qeyd etmək istəyirəm. Bu, tədqirəlayiqdir. Azərbaycan bizim üçün yaxın dostdur. Əlbəttə ki, bunun səbəbi ölkələrimizin prezidentləri arasındakı yaxşı münasibətlərdir”, – N.Koçanova bildirib.

Sədr qeyd edib ki, ölkələrin ticarət, iqtisadi və siyasi əməkdaşlıqda, humanitar sahədə hələ də böyük potensiala sahibdirlər:

“Əlbəttə, biz yaxşı münasibətlərimizi daha da inkişaf etdirmək üçün hər şeyi edəcəyik. 2020-ci ildə Belarus ilə Azərbaycan arasındakı ticarət dövriyyəsinin 1,5 dəfə artaraq təxminən 450 milyon ABŞ dolları təşkil etdib. Bunun üçün çox vacib addımlar atılıb.

Mənim üçün neft emalı sənayesinin kuratoru olaraq, Azərbaycan neftinin emal zavodlarımıza tədarükünü təmin etməyimiz vacib idi. Maşınqayırma müəssisələrimiz arasındakı əməkdaşlıq səviyyəsi də təqdirəlayiqdir. Düşünürəm ki, əməkdaşlığımızda hələ çox perspektiv var”.

“Təəssüf ki, 2020-ci ildə pandemiya bizə bir qədər mane oldu. Ancaq düşünürəm ki, hər şey yoluna düşəcək və yaxın əməkdaşlığımıza davam edəcəyik. Belarus və Azərbaycan deputatlarının bütün təşəbbüslərini mütləq dəstəkləyəcəyik və onların həyata keçirilməsinə kömək edəcəyik. Azərbaycandan olan həmkarlarımızın səfərini təşkil etmək barədə düşünəcəyik. Sizi bir daha inandırıram ki, biz öz tərəfimizdən bu əməkdaşlığın uzunmüddətli, səmərəli olması və yaxşı münasibətlərimizin uzun illər davam etməsi üçün hər şeyi edəcəyik”, – deyə N.Koçanova vurğulayıb.

O, eyni zamanda, hər iki ölkənin gənclərinin fəal şəkildə əməkdaşlığının vacibliyinə əmindir.

Səfir Lətif Qəndilov görüşmək fürsətinə və ikitərəfli münasibətləri yüksək qiymətləndirdiyinə görə sədrə təşəkkür edib.

“Son 25 ildə ölkələrimiz arasında çox konstruktiv, məhsuldar və effektiv münasibətlər yaranıb. Dövlət başçıları onların xarakterini müəyyənləşdirdilər. Biz yalnız yaxın dost ölkələr deyil, həm də strateji tərəfdaşlarıq. Bu, bizim münasibətlərin xarakterini müəyyənləşdirir”, – deyə səfir bildirib.

 

 

 

İnterpress.az