Kolumbiya prezidenti hökumətin istefasını tələb edirbackend

Kolumbiya prezidenti hökumətin istefasını tələb edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kolumbiyada prezident Qustavo Petronun kabinetində bəzi dəyişikliklər etmək istədiyi və bu səbəbdən bütün nazirlərinin istefasını tələb etdiyi bildirilib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

İstefa tələbinin Mühafizəkar və Liberal partiyaların Nümayəndələr Palatasının Yeddinci Komitə Toplantısında müzakirə edilən səhiyyə islahatına dəstək verməməsindən qaynaqlandığı iddia edilib.

Qeyd olunub ki, ölkədə “protokol istefası” kimi səciyyələndirilən proses nəticəsində bu, kabinetdəki bütün nazirlərin dəyişəcəyi və ya hökuməti tərk edəcəyi anlamına gəlmir.

Qeyd edək ki, fevralın 13-dən Kolumbiyada böyük müzakirələrə səbəb olan səhiyyə islahatı prezident Petro ilə müxalifət arasında mübahisəyə gətirib çıxarıb.

Prezident Qustavo Petro fevralın 28-də səhiyyə islahatları haqqında qanunla razılaşmadığı üç naziri dəyişdiyini açıqlayıb.