Kolumbiya prezidentliyinə namizəd sui-qəsddən iki ay sonra ÖLDÜbackend

Kolumbiya prezidentliyinə namizəd sui-qəsddən iki ay sonra ÖLDÜ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kolumbiya prezidentliyinə namizəd Migel Uribe sui-qəsddən iki ay sonra vəfat etdi

İnterpress.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Nəşr bildirir ki, Kolumbiyada prezidentliyə namizəd, senator Migel Uribe iyunun 7-də Bogotada keçirilən seçki kampaniyası zamanı silahlı hücuma məruz qaldıqdan iki ay sonra dünyasını dəyişib.

Onun ölümünü həyat yoldaşı Maria Klaudia Tarasona təsdiqləyib. Uribe 39 yaşında idi.

Hücum zamanı 15 yaşlı silahlı şəxs dərhal həbs olunub. Prezident Qustavo Petro senatorun ailəsinə başsağlığı verərək, istintaqın cinayətin sifarişçisini tapmağa yönəldiləcəyini bildirib.

Hakimiyyət hücumla bağlı məlumat verənlərə 730 min ABŞ dolları mükafat təyin edib.

Uribe müxalifətçi “Demokratik Mərkəz” partiyasının üzvü idi. ABŞ Dövlət katibi Marko Rubio sui-qəsdi qəti şəkildə pisləyərək, prezident Petronu “təşviqatçı ritorika”da ittiham etmişdi.

Xuraman Etibarlı

İnterpress.az