Kolumbiyada bombalı hücum: 3 ölübackend

Kolumbiyada bombalı hücum: 3 ölü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kolumbiyanın şimalında patrul xidməti aparan polis maşınına edilən bombalı hücumda ikisi polis olmaqla 3 nəfər ölüb, 8 nəfər yaralanıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Santanderin şimalındakı Tibu qəsəbəsində polisi daşıyan avtomobil keçərkən uzaqdan idarə olunan bomba partladılıb.

Hücumda 2-si polis olmaqla 3 nəfər həyatını itirib, 4-ü polis olmaqla 8 nəfər yaralanıb.

Ölən mülki şəxsin təsadüfən yoldan keçən motosikletli gənc qadın olduğu qeyd edilib.

Yaralı polislər helikopterlə Cucutadakı digər xəstəxanalara aparılarkən, bölgəyə çoxlu sayda təhlükəsizlik qüvvələri göndərilib.

Partlayışın təsirindən elektrik xətlərinin zədələndiyi, şəhərin bir hissəsinin işıqsız qaldığı bildirilib.

Hücuma görə məsuliyyəti hələlik heç bir təşkilat öz üzərinə götürməsə də, silahlı qiyamçı təşkilat Milli Azadlıq Ordusu (ELN) və keçmiş Kolumbiyanın İnqilabçı Silahlı Qüvvələrinin (FARC) müxalifəti olan 33-cü cəbhənin də burada olduğu məlumdur.