Kolumbiyada etirazlar və qarışıqlıqlar zamanı 42 nəfər öldürülübbackend

Kolumbiyada etirazlar və qarışıqlıqlar zamanı 42 nəfər öldürülüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kolumbiyada aprelin 28-dən davam edən etiraz aksiyaları və qarışıqlıqlar zamanı 40-dan çox insan həlak olub.

Bu barədə insan hüquqları üzrə səlahiyyətli orqanın məlumatlarına istinadən “Efe Eme” radiostansiyası bildirib.

Məlumata görə, 28 apreldən 11 maya qədər keçirilən aksiyalarda və qarışıqlıqlarda 42 nəfər həlak olub. Onlar arasında 1 polis əməkdaşı da var. Eyni zamanda 168 insan itkin düşmüş hesab edilir.

Kolumbiyada aprelin 28-dən vergi islahatına qarşı nümayişlər keçirilir. Boqotada, Kalidə, Medelinada və başqa şəhərlərdə qarışıqlıqlar olub. Toqquşmalar zamanı 1 000-dən çox insan zərər çəkib. Bundan sonra hökumət islahat planlarına dəyişikliklər etməyə razılaşıb, ölkənin maliyyə naziri Alberto Karraskilya istefa verib, ancaq etirazlar davam edir.

 

 

İnterpress.az