Kolumbiyada göyərtəsində 7 nəfərin olduğu kiçik təyyarə yoxa çıxıbbackend

Kolumbiyada göyərtəsində 7 nəfərin olduğu kiçik təyyarə yoxa çıxıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kolumbiyada göyərtəsində 7 nəfərin olduğu itən kiçik təyyarədən bütün axtarışlara baxmayaraq, mayın 1-dən heç bir xəbər olmadığı açıqlanıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Quaviare inzibati bölgəsindəki San Xose şəhərində qəzaya uğradığı güman edilən HK 2803 nömrəli kiçik təyyarənin izi hələ də tapılmayıb.

Ararakuara və San Xose del Quaviare arasında uçarkən siqnalı kəsilən kiçik təyyarədə 7 nəfərin olduğu bildirilib.

Mülki Aviasiya və Kolumbiya Hərbi Hava Qüvvələrindən verilən açıqlamaya görə, Apaporis çayı yaxınlığındakı meşəlik ərazidə aparılan axtarışlar Amazon bölgəsinə qədər uzanacaq.

Təyyarədə olanlar arasında 11 aylıq körpə və 4 yaşlı uşaq olduğu paylaşılıb.

Səlahiyyətlilər itkin düşən təyyarənin qalıqlarını tapmaq üçün ərazidə yaşayan yerli icmalardan kömək istəyib.