Cənubi Amerika ölkəsi Kolumbiyada magistral yolda körpünün uçması nəticəsində 2 polis həyatını itirib, 15 nəfər yaralanıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Ölkənin inzibati rayonlarından biri olan Quindio və Valle del Kauca şəhərlərini birləşdirən körpünün La Vieja çayı üzərindən uçması nəticəsində avtomobillərində olan 2 polis əməkdaşı həyatını itirib, 15 nəfər isə yaralanıb.
Səlahiyyətlilər körpünün uçması zamanı yolda olan polis maşını və bir neçə avtomobilin bir neçə metr hündürlükdən yıxıldığını bildirib.
Körpünün uçması səbəbindən ölkənin cənub-qərb hissəsindəki Pereyra, La Paila, Kalarka və Manizales yolları nəqliyyat vasitələrinin hərəkətinə bağlanıb.
Quindio qubernatoru Roberto Jaramillo qeyd edib ki, 1984-cü ildə La Vieja çayı üzərində tikilmiş körpünün dağılmasının səbəblərini araşdırmaq üçün ekspert qrupu təyin edilib.