Kolumbiyada ton kokain müsadirə edilibbackend

Kolumbiyada ton kokain müsadirə edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kolumbiya, Panama və ABŞ təhlükəsizlik qüvvələrinin Karib dənizində keçirdiyi birgə əməliyyatda 5,5 ton kokain ələ keçirilib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Kolumbiya Hərbi Dəniz Qüvvələri, Hərbi Hava Qüvvələri, Panama Hərbi Hava Qüvvələri və ABŞ-ın dəstəyi ilə Morrosquillo körfəzindən 120 mil uzaqlıqda narkotik qaçaqmalçılarına qarşı əməliyyata başlayıblar.

Əməliyyatda 5,5 ton kokain müsadirə edilib, 4-ü Kolumbiya, 1-i Panamadan olan 5 nəfər nəzarətə alınıb.

Təhlükəsizlik qüvvələrini fərq edən narkotik üzvləri dənizə bir qədər kokain töküblər.

Müsadirə edilən kokainin bazar dəyərinin 184 milyon dollar civarında olduğu bildirilir.