Kolumbiyada yerli icma lideri qətlə yetirilibbackend

Kolumbiyada yerli icma lideri qətlə yetirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kolumbiyasa yerli icma lideri silahlı hücum nəticəsində həlak olub.

Bu barədə İnterpress.az xarici mətbuata istinadən xıbər verir.

Məlumata görə, Boyaca inzibati bölgəsinin Zulia kəndində Asomipaz icmasının lideri Qonzalo de Jesus Parra Foreroya silahlı hücum təşkil edilib.

Farero evə gedərkən hücum nəticəsində dünyasını dəyişib. Hücumla bağlı araşdırmalara başlanılıb.

Ombudsman Aparatı və Kolumbiya İnkişaf və Sülh Araşdırmaları İnstitutu (İndepaz) sosial liderə hücumu pisləyib.

İndepaz ilin əvvəlindən bu yana ölkədə 33 icma liderinin qətlə yetirildiyini, 2016-cı ilin noyabrında Kolumbiya İnqilabçı Silahlı Qüvvələri (FARC) ilə əyalət arasında imzalanan sülh razılaşmasından sonra öldürülənlərin sayının 1442-yə yüksəldiyini bildirib.