Konqo Demokratik Respublikasının lideri BMT qüvvələrini ölkədən çıxmağa çağırıbbackend

Konqo Demokratik Respublikasının lideri BMT qüvvələrini ölkədən çıxmağa çağırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Konqo Demokratik Respublikasının (KDR) prezidenti Feliks Tşisekedi ölkəsindəki Birləşmiş Millətlər Təşkilatının (BMT) sülhməramlılarını bu il geri çəkməyə çağırıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Tşisekedi Birləşmiş Millətlər Təşkilatının (BMT) 78-ci Baş Assambleyasındakı çıxışında BMT qüvvələrinin ölkədə sülhün bərqərar edilməsi missiyasını yerinə yetirmədiyini bildirib.

Sülh üçün BMT qüvvələrinə güvənməyin yanıltıcı olduğunu bildirən prezident Tşisekedi, “Ölkəmizin öz taleyini idarə etməsinin və sabitliyinin əsas aktyoruna çevrilməsinin vaxtı çatıb” deyib.

Tşisekedi BMT qüvvələrinin dekabr ayından çıxarılmasına başlamaq üçün danışıqlar apardıqlarını bildirib.

İctimaiyyət dəfələrlə nümayişlər keçirərək, təqribən 16 min işçisi olan BMT-nin dünyanın ən böyük missiyalarından biri olan DRC BMT Stabilləşdirmə Missiyasının (MONUSCO) ölkəni tərk etməsini tələb edib.

Ötən ay nümayiş zamanı nümayişçilərə atəş açandan sonra 50-yə yaxın adam həlak olub.

1999-cu ildən bu yana ölkədə fəaliyyət göstərən MONUSCO, tələblərdən sonra geri çəkilmə təklifinin qiymətləndirildiyini açıqlayıb.

Ruanda, Uqanda və Burundi ilə sərhədin yerləşdiyi DRC-nin şərqi 20 ildən artıqdır ki, qızıl və kobalt kimi mədənlərə nəzarəti ələ keçirməyə çalışan silahlı qrupların hücumlarına və qarşıdurmalarına səhnə olub.

Bu yaxınlarda Şərqi Afrika İcması (EAC) və Cənubi Afrika İnkişaf Birliyi (SADC) ölkəyə sülhməramlılar göndərib.