Könüllülük Sərhəd Tanımırbackend

Könüllülük Sərhəd Tanımır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 “Azərbaycan Könüllülük Həftəsi” çərçivəsində növbəti olaraq həyata keçirilən aksiya 3 dekabr Beynəlxalq Əlillər gününə həsr olunmuşdur.

İnterpress.az xəbər verir ki, fiziki məhdudiyyəti olan gənclərə diqqəti çəkmək, onların cəmiyyətə reinteqrasiyasını təmin etmək və bu məsələyə toplumun həssaslığını daha da artırmaq məqsədi daşıyan aksiyada fiziki məhdudiyyəti olan 60 gənc və 50 könüllü iştirak edib.

Cəmiyyətimizdə inklüzivliyin təmin olunmasına  dəstək verəcək “Könüllülük Sərhəd Tanımır!” sosial aksiyası çərçivəsində DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində autizm, daun sindromlu, habelə fiziki məhdudiyyətli gənclər üçün müxtəlif əyləncəli proqram təşkil olunub. Proqram zamanı Azərbaycan könüllüləri və fiziki məhdudiyyəti olan gənclər keramika, floristika, rəqs, müsiqi, təsviri incəsənət eləcə də oyma sənəti üzrə masterklaslara cəlb olunublar. Yekunda könüllülər tərəfindən fiziki məhdudiyyətli gənclərə kiçik simvolik hədiyyələr təqdim edilib.

Qeyd edək ki, “Könüllülük Sərhəd Tanımır!” sosial könüllülük aksiyası Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi, Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin tərəfdaşlığı, Azərbaycan Könüllü Təşkilatları İttifaqının isə təşkilatçılığı ilə baş tutub.