Koreyalı onu ələ salan ABŞ hərbçilərini NOKAUTA SALDI – VİDEObackend

Koreyalı onu ələ salan ABŞ hərbçilərini NOKAUTA SALDI – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cənubi Koreyada xarici görünüşünə lağ edən iki ABŞ hərbçisini nokauta salan yerli sakin hadisə yerindən qaçıb.

İnterpress.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

Cənubi Koreyada yerli sakin onun xarici görünüşünə və cinsi orientasiyasına lağ edən iki ABŞ hərbçisini döyərək nokauta salıb. Hadisə ABŞ hərbi bazasının yerləşdiyi bölgəyə yaxın ərazidə baş verib.

Sərxoş vəziyyətdə olan koreyalı kişi küçədə iki ABŞ hərbçisi ilə söhbət etməyə çalışıb. Lakin onun bu cəhdinə cavab olaraq hərbçilər onu təhqir etməyə və cinsi mənsubiyyəti ilə bağlı kobud şəkildə ələ salmağa başlayıblar.

Tərəflər arasında yaranan şifahi mübahisə qısa müddətdə fiziki davaya çevrilib. Nəticədə qəzəblənən koreyalı hər iki ABŞ hərbçisini güclü zərbələrlə yerə sərib, sonra isə hadisə yerindən qaçaraq gizlənib.

Hadisə yerinə gələn təcili yardım briqadası huşsuz vəziyyətdə olan ABŞ hərbçilərini dərhal yaxınlıqdakı hərbi hospitala yerləşdirib.

Hazırda yerli polis idarəsi və ABŞ-nin Cənubi Koreyadakı Hərbi Qüvvələrinin komandanlığı hadisə yerindən qaçan koreyalının şəxsiyyətini müəyyənləşdirmək üçün ərazidəki təhlükəsizlik kameralarını araşdırır.

Hadisə Cənubi Koreya cəmiyyətində və sosial şəbəkələrdə böyük müzakirələrə yol açıb. Bir çox insan ABŞ hərbçilərinin yerli vətəndaşlara qarşı etdiyi bu hörmətsizliyin yolverilməz olduğunu vurğulayıb.

Xuraman Etibarlı

İnterpress.az