Kosovo və Serbiya arasında Ohrid sazişinin icrası ilə bağlı başlayan danışıqlarda ilkin razılaşma əldə olunub.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Ötən gün Kosovo və Serbiya nümayəndələrinin Ohrid razılaşmasının tətbiqi ilə bağlı Brüsseldə danışıqlar aparıb.
Görüşdə tərəflər bəyannamənin mətni üzərində razılığa gəliblər.
Bəyannamənin mətninin liderlər tərəfindən təsdiqlənməsi üçün iclas keçiriləcək.
Serbiya və Kosovo normallaşma yoluna və razılaşmaya əlavəyə dair öhdəlik götürüb.