Kral III Karl Britaniyada LGBT hərbçilərinə həsr olunmuş abidəni açıb.
İnterpress.az xəbər verir ki, Böyük Britaniyada kral III Karl silahlı qüvvələrin LGBT üzvlərinə həsr edilən memorialın açılışını edib.
Abidə, 2000-ci ilə qədər cinsi orientasiyasına görə ordudan uzaqlaşdırılan hərbçilərin xatirəsinə ucaldılıb.
Tədbir zamanı monarx həmin siyasətdən zərər çəkmiş veteranlarla görüşüb və memoriala gül dəstəsi qoyub.
Abidə bürüncdən hazırlanmış əzik məktub formasındadır və üzərində LGBT qadağası dövründə ordudan qovulan insanların ifadələrindən götürülmüş sitatlar yer alır.

Xuraman Etibarlı
İnterpress.az






