Kreml: “Azovstal”dakı mülki şəxslərin təxliyəsində BMT-nin iştirakı məsələsinə baxılırbackend

Kreml: “Azovstal”dakı mülki şəxslərin təxliyəsində BMT-nin iştirakı məsələsinə baxılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azovstal”da ola biləcək mülki şəxslərin təxliyəsində BMT və Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQKX) iştirakı məsələsi işləniləcək.

İnterpress.az-ın bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

“Mövzu həqiqətən də cənab Quterreş tərəfindən səsləndirilib. (BMT baş katibinin Rusiya prezidenti Vladimir Putinlə aprelin 26-da Kremldə görüşü zamanı – red). Bu məsələdə daha sonra işləniləcək. Bununla bağlı heç bir konkret razılaşma olmayıb”, – deyə Peskov vurğulayıb.

Kreml sözçüsü onu da xatırladıb ki, söhbət zamanı Putin Quterreşi ukraynalı hərbi əsirlərin saxlanma şəraiti ilə tanış olmağa dəvət edib: “Putin arzuladığı təqdirdə Quterreşə məhbusların saxlanma şəraiti ilə tanış olmağı təklif edib. Bundan sonra da təmaslar davam etdiriləcək”.