Kubada “G77+Çin” sammiti keçiriləcəkbackend

Kubada “G77+Çin” sammiti keçiriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Karib hövzəsi ölkəsi Kubanın ev sahibliyi ilə Asiya, Afrika və Latın Amerikasından bir çox dövlət başçılarının iştirakı ilə “G77+Çin” sammiti keçiriləcək.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Səlahiyyətlilərdən verilən açıqlamaya görə, sentyabrın 15-16-da paytaxt Havanada keçiriləcək sammit Kuba Prezidenti Miqul Diaz Canel və Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreşin açılış nitqi ilə başlayacaq.

Sammitdə Canel və Quterreşlə yanaşı, Braziliya prezidenti Luiz İnasio Lula da Silva, Argentina prezidenti Alberto Fernandes, Kolumbiya prezidenti Qustavo Petro və Cənubi Afrika prezidenti Siril Ramafosa da daxil olmaqla bir çox ölkənin nümayəndələri iştirak edəcək.

Çin mətbuatında dərc olunan xəbərlərdə Çin Kommunist Partiyası (ÇKP) Mərkəzi Komitəsinin Siyasi Bürosunun Daimi Komitəsinin üzvü Li Xinin Çin sədrinin xüsusi nümayəndəsi kimi sammitə qatılacağı bildirilib.

Kubanın xarici işlər naziri Bruno Rodriges də sentyabrın 13-də verdiyi açıqlamada sammitdə elm, texnologiya və innovasiyanın rolunu müzakirə edəcəklərini bildirib.

G77 1964-cü ildə 77 ölkə tərəfindən yaradılıb. Asiya, Afrika və Latın Amerikasını əhatə edən qrupun bu gün 134 üzvü var.