Milli Məclisdə 2027-ci ilin dövlət büdcəsinin müzakirəsi başlayıb.
İnterpress.az xəbər verir ki, noyabrın 16-da Milli Məclisin sədri Sahibə Qafarovanın sədrliyi ilə parlamentin növbəti plenar iclası keçirilib.
Baş nazir Əli Əsədovun və hökumət üzvlərinin iştirakı ilə keçirilən iclasda 2027-ci ilin dövlət büdcəsi layihəsinin və büdcə zərfinə daxil olan sənədlərin birinci oxunuşda müzakirəsinə başlanılıb.
İclasda çıxış edən Sahibə Qafarova Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsinə, strateji tərəfdaşlıq əlaqələrinin genişlənməsinə, ölkəmizin ev sahibliyi etdiyi nüfuzlu beynəlxalq tədbirlərə və Azərbaycan–Türkiyə müttəfiqliyinin əhəmiyyətinə toxunub.
Bildirilib ki, Azərbaycanın beynəlxalq əməkdaşlıq əlaqələrinin inkişafı və qlobal proseslərdə fəal iştirakı ölkənin mövqeyinin güclənməsinə töhfə verir.






