Kür çayı sürətlə quruyur – FOTObackend

Kür çayı sürətlə quruyur – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kür çayı sürətlə quruyur.

Bu barədə İnterpress.az-a Salyan şəhər sakinləri məlumat verib.

Onların sözlərinə görə, çayda suyun səviyyəsinin aşağı düşmə dinamikası o qədər sürətlə gedir ki, bu templə çayda sudan əsər-əlamət qalmayacaq.

Sakinlər Kür çayının ekoloji fəlakətlə üzləşdiyini bildiriblər.

Onlar mütəxəssislərin rəyinə əsasən, Mingəçevir Su Anbarından suyun axıdılması yolu ilə Kürdə ekoloji fəlakətin qarşısının alınmasının mümkünlüyünü söyləyiblər.