Kütləvi dava silahlı atışmaya çevrildi: 5 yaralı varbackend

Kütləvi dava silahlı atışmaya çevrildi: 5 yaralı var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kocaelinin Gebze rayonunda iki qrup arasında mübahisə silahlı davaya çevrilib. Hadisədə 1-i ağır olmaqla 5 nəfər yaralanıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Güzeller Mahallesi 1984 küçəsində yük maşını parkında əvvəllər şəxsi münaqişələri olan iki dəstə arasında mübahisə düşüb.

Mübahisə davaya çevrildikdən sonra Sezer Ç, Burak Y, Bedirhan G, Taner D. və Umut Can Y. odlu silahdan və ov tüfəngindən açılan atəş nəticəsində yaralanıb.

Hadisə yerinə polis və həkimlər cəlb edilib.

Polis qaçan şübhəlilərin tutulması üçün əməliyyata başlayıb.