Laçın şəhərinə çəkilən yeni yoldan görüntülər yayılıb.
İnterpress.az xəbər verir ki, bu yol yeni tikilən körpünün altından keçməklə keçmiş Gorus – Xankəndi (dəhliz) yoluna birləşir.
Məlumata görə, Rusiya sülhməramlılarının postu körpünün qurtaracağında – Ermənistan ərazisinə düşən hissədədir, Azərbaycanın nəzarətində olan yolda post yoxdur, gediş-gəliş tamamən maneəsizdir.