Laçın yolunun yeni marşruta köçürülməsindən sonra Ermənistanla sərhəddə hakim yüksəkliklərə çıxmağımız nəticəsində Gorusun Tex (Dığ) kəndinin 60 hektar ərazisi ordumuzun nəzarəti altına düşüb.
İnterpress.az xəbər verir ki, bunu siyasi şərhçi Asif Nərimanlı bildirib.
“Müdafiə Nazirliyinin rəsmi məlumatına görə, yeni Laçın yolunun istifadəyə verilməsi ilə əlaqədar Laçın rayonunun Cağazur və Zabux kəndləri arasında yerləşən bir neçə hakim yüksəklik, əsas və yardımçı yollar, eləcə də sərhədboyu geniş sahələr nəzarətə götürülüb.
Yeni yolda nəzarət-keçid məntəqəsinin qurulması istiqamətində addım atılacağı istisna deyil. Rəsmi Bakı bu məsələdə israrını davam etdirir və bu hədəfə də nail olacağı gözləntisi var”, -o əlavə edib.